Avtobus sürücüsü bu hərəkətinə görə İŞDƏN QOVULDU - VİDEO

Avtobus sürücüsü bu hərəkətinə görə İŞDƏN QOVULDU - VİDEO
17:43 18 Yanvar 2018
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi 11 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 111 DQN-lı sərnişin avtobusu ilə bağlı yayılan videogörüntü ilə bağlı araşdırma aparıb.

BNA-dan Publika.az-a verilən məlumata görə, sürücü sərnişin avtobusunu yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yolun əks istiqaməti üzrə idarə edib.
Həmin görüntü əsasında dərhal araşdırma aparılıb və 11 nömrəli müntəzəm marşrut xətti üzrə faəliyyət göstərən daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağrılıb. Bakı Nəqliyyat Agentliyinin göstərişi əsasında sərnişindaşıma, təhlükəsizlik və yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü İsmayılov Əleysər Ələsgər oğlu daşıyıcı tərəfindən işdən azad edilib. Bununla yanaşı daşıyıcıya analoji halın digər sürücülər tərəfindən təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/228172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR