"Qarabağ"ın oyununda sürpriz qonaqlar

"Qarabağ"ın oyununda sürpriz qonaqlar
17:48 18 Yanvar 2018
91 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Fənərbaxça" klubunun "1907 UNİFEB" azarkeş qrupu Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ı ziyarət edib.

Publika.az xəbər verir ki, azarkeş qrupu dünən Rusiyanın “Kuban” komandası ilə yoxlama görüşü keçirən Ağdam klubunun düşərgəsində olub.

Baş məşqçi Qurban Qurbanova gül dəstəsi təqdim edən türkiyəli azarkeşlər sonda xatirə şəkli çəkdiriblər. Fotoları isə klubun rəsmi feysbuk səhifəsindən paylaşıblar.

Qeyd edək ki, "1907 UNİFEB" qrupu “Qarabağ” – “Çelsi” matçında Azərbaycan futbol tarixinin ən böyük xoreoqrafiyasını hazırlamaqda böyük əmək sərf etmişdilər.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR