"Apple" mənfəətin repatriasiyası üçün ABŞ-a 38 mlrd. dollar ödəyəcək

"Apple" mənfəətin repatriasiyası üçün ABŞ-a 38 mlrd. dollar ödəyəcək
18:32 18 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ "Apple" korporasiyası 38 mlrd. dollar həcmində birdəfəlik mənfəət vergisini ABŞ-a geri ödəmək istədiyini bildirib.
"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bununla yanaşı, Şirkət yaxın 5 il ərzində ABŞ-a 30 mlrd. dollar həcmində sərmayə yatırmaq istədiyini və 20 min yeni iş yeri açmağı planlaşdırdığını qeyd edib.
"Apple"ın məlumatında bildirilir ki, vergi şəklində ödəməyi planlaşdırdığı vəsait dekabr ayında ABŞ-da qəbul edilmiş vergi islahatları qanunu çərçivəsində baş tutacaq. Yeni qanun şirkətlərə ölkə xaricində əldə edilən mənfəətə 15,5% vergi ödəmək imkanı yaradır. 
Xatırladaq ki, islahatlara qədər vergi dərəcəsi 35% təşkil edib. "Apple"in ödəyəcəyi 38 mlrd. dollar vergi 245,2 mlrd. dollar mənfəətin vergisi olduğu bildirilir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/apple-menfeetin-repatriasiyasi-ucun-abs-a-38-mlrd-dollar-odeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR