Bakıda zəncirvari qəza -

Bakıda zəncirvari yol qəzası baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində, "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən "Chevrolet", "Mercedes" və "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə prospektdə tıxac yaranıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb ediliblər.

Hazırda yol polisləri ərazidə tıxacın aradan qaldırılması istiqamətində tədbir görür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR