Fransa klubu baş məşqçisini istefaya göndərib

Fransa klubu baş məşqçisini istefaya göndərib
19:27 18 Yanvar 2018
77 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Fransanın “Bordo” futbol klubu əsas komandanın baş məşqçisi Joslen Qurvenneki istefaya göndərib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis uğursuz nəticələr səbəbi ilə vəzifəsindən azad olunub. Komanda müvəqqəti olaraq fiziki hazırlıq üzrə məşqçi Erik Bedueyə həvalə olunub.
Qeyd edək ki, J.Qurvennek 2016-cı ilin yayından “Bordo”ya rəhbərlik edirdi. Onun rəhbərlik etdiyi kollektiv cari çempionatda 21 turdan sonra 23 xalla 13-cü pillədə qərarlaşıb. Komanda son 6 oyundan 5-ində məğlub olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fransa-klubu-bas-mesqcisini-istefaya-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR