Bakıda qatarın üstünə çıxan 16 yaşlı oğlanı cərəyan vurdu

Bakıda qatarın üstünə çıxan 16 yaşlı oğlanı cərəyan vurdu
19:29 18 Yanvar 2018
93 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 2002-ci il təvəllüdlü şəxsin dəmir yolu xəttində hərəkətsiz dayanmış qatarın üstündə olan zaman elektrik naqilinə toxunması və cərəyan vurması nəticəsində xəsarət alması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Halsız vəziyyətdə olan vətəndaş xilasedicilərin köməkliyi ilə aşağı endirilib və hadisə yerinə cəlb olunmuş həkim briqadasına təhvil verilib.

 

Əməliyyat başa çatıb.​


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR