Qardabanidə 20 Yanvar şəhidinin xatirəsi yad edilib

Qardabanidə 20 Yanvar şəhidinin xatirəsi yad edilib
20:07 18 Yanvar 2018
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 18 yanvar. REPORT.AZ/ Gürcüstanın Qardabani rayonunda 20 Yanvar şəhidi Rəşid İslam oğlu İsmayılovun xatirəsi yad edilib. 
“Report”un Gürcüstan bürosu xəbər verir ki, yanvarın 18-də şəhidin anadan olduğu Qardabani rayonunun Ağtəhlə kəndinin orta məktəbində ehsan süfrəsi açılıb.
Tədbirdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.
Məktəbin direktoru Mtvarisa Babacanaşvili bildirib ki, Azərbaycan və gürcü xalqları oxşar taleləri yaşayıblar: "Hər iki dövlət müstəqilliyini əldə etmək üçün qurbanlar verib. Qan bahasına əldə olunan qələbə və bu mübarizədə şəhid olanlar heç zaman unudulmur".
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Rəhim Rəhimzadə 20 Yanvar faciəsinin əsas səbəblərindən danışıb, bu hadisələrin Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini qırmağa yönəldilmiş addımların bir hissəsi adlandırıb: "Xalqımızın, eləcə də Gürcüstanın azadlığı uğrunda aparılan mübarizə dövlətlərimizin əbədi müstəqilliyə qovuşması ilə nəticələnib. Ona görə də 9 Aprel və 20 Yanvar hadisələri xalqlarımızın qəhrəmanlıq tarixində şanlı bir səhifədir".
Tədbirdə həmçinin Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, şəhidin müəllimləri, dostları çıxış edib, sovet qoşunlarının 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı ilin yanvarında Bakıda, eləcə də digər ittifaq respublikalarında törətdikləri qırğın və cinayətləri təhlil ediblər.
Şagirdlər şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.







Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qardabanide-20-yanvar-sehidinin-xatiresi-yad-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR