Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
20:17 18 Yanvar 2018
114 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb. 
"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Milli Təhlükəsizlik Şurasının tövsiyəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən təqdim olunan qanun layihəsini qəbul edib.  
Sənədin lehinə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) səs verib. 
Qanun yanvarın 18-dən 19-na keçən gecə yerli vaxtla saat 01:00-da qüvvəyə minəcək. 
Bununla da Türkiyədə fövqəladə vəziyyət rejimi üç ay müddətinə olmaqla 6-cı dəfə uzadılacaq. 
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyunun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyunun 21-dən tətbiq olunur. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-fovqelade-veziyyet-rejimi-daha-uc-ay-muddetine-uzadilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR