Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı

Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı
21:08 18 Yanvar 2018
45 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb.

Publika.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Milli Təhlükəsizlik Şurasının tövsiyəsinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən təqdim olunan qanun layihəsini qəbul edib. Qanun yanvarın 18-dən 19-na keçən gecə yerli vaxtla saat 01:00-da qüvvəyə minəcək.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyulun 21-dən tətbiq olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR