Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər

Həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər
21:48 18 Yanvar 2018
33 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT Minski Qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.

Publika.az xəbər verir ki, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib.

Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/228197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR