Dağlıq Qarabağ münaqişəsi: müşahidəçilərin səlahiyyətlərinin genişləndiriləcək

Dağlıq Qarabağ münaqişəsi: müşahidəçilərin səlahiyyətlərinin genişləndiriləcək
23:12 18 Yanvar 2018
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının imkanlarının genişləndirilməsi barədə prinsipial razılaşma əldə ediblər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Polşanın Krakov şəhərində Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşünün yekununda Ermənistanın Xarici İşlər Naziri məlumat yayıb.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin aparatının (hazırda Anjey Kaspşik) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq aparır.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/617901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR