Tramp dünyanın ən təhlükəli ölkəsini açıqladı

Tramp dünyanın ən təhlükəli ölkəsini açıqladı
23:43 18 Yanvar 2018
149 Dünya
Ölkə mətbuatı
A- A+

“Meksika dünyanın ən təhlükəli ölkəsidir”.

Publika.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp “Tvitter” səhifəsində yazıb.

Dövlət başçısı ABŞ-ın cənub qonşusu ilə sərhəddə divarın tikintisi üzrə layihəni yenidən salıb.

“Qənaət və ölkəmizin təhlükəsizliyinə görə bizə Meksika ilə divar lazımdır. Bizə hazırda dünyanın ən təhlükəli ölkəsi hesab edilən Meksikadan narkotiklərin kütləvi axınını dayandırmağa kömək etmək üçün divar lazımdır”, - Tramp bildirib.

ABŞ lideri qeyd edib ki, divar olmayacağı halda, Meksika ilə razılaşma da olmayacaq.

Qeyd edək ki, Meksika ilə sərhəd divarının tikintisi Trampın seçkiqabağı vədlərindən biridir. Onun sözlərinə görə, layihənin hədəfi narkotiklərin axını və qanunsuz miqrasiya ilə mübarizədir.

Ağ Evin aparat başçısı Con Kellinin bildirib ki, Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a təxminən 20 milyard dollara başa gələcək. Tramp seçkiqabağı kampaniyasında vəd vermişdi ki, Meksikanı divarın tikintisi üçün lazım olan vəsaiti ödəməyə məcbur edəcək. Lakin Meksika hakimiyyəti Vaşinqtona rədd cavabı verib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR