Türkiyə Suriya ilə sərhəddəki qoşunları döyüş hazırlığı vəziyyətinə gətirib.
Metbuat.az-ın məlumatına görə, mövcud tapşırıq Silahlı Qüvvələrin Baş Qərargahından verilib. Bildirilir ki, Suriyanın Afrin bölgəsi Türkiyənin Milli təhlükəsizliyinə təhdid törətməkdə davam edir.
Bu üzdən Türkiyənin hərbi personalı və zirehli texnikası mümkün Afrin əməliyyatı üçün döyüşə hazırlıq vəziyyətinə çatdırılıb. Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısında Türkiyə dövlətinin və vətəndaşlarının təhlükəsizliyinin qorunması üçün təxirəsalınmaz və qəti addımların görülməsi qərara alınıb.
Sübhan / METBUAT.az