ATƏT XİN rəhbərlərinin görüşü barədə

ATƏT-in Minsk Qrupu həmsədrləri danışıqlar prosesinə mühüm töhfə kimi etibarın möhkəmləndirilməsi üzrə tədbirlər görməyə çağırır.

Metbuat.az-ın məlumatına görə, bu barədə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşün yekunları üzrə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatında deyilir.

Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Edvard Nalbandyanla görüşü keçirilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də görüşdə iştirak edib.

Bundan əvvəl isə E.Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüş keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR