ATƏT-in Minsk qrupunun həmsədrləri Krakov görüşü barədə bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri Krakov görüşü barədə bəyanat yayıb
00:27 19 Yanvar 2018
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk qrupunun həmsədrləri Krakovda keçirilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görüşlərin yekunları barədə bəyanat yayıb.
“Report” xəbər verir ki, bəyanat ATƏT-in rəsmi internet səhifəsinə yerləşdirilib.
Sənəddə qeyd olunur ki, həmsədrlər (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə yanvarın 17-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və yanvarın 18-də Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ilə görüşüblər.
Həmsədrlər yanvarın 18-də hər iki nazir ilə birgə görüş keçiriblər.
"Nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinə həsr edilən əvvəlki sammitlərdə əldə olunmuş sazişlərin reallaşdırılması yardım üçün növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətlərinin genişləndirilməsinin həyata keçirilməsi ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma əldə ediblər", - deyə bəyanatda qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/atet-in-minsk-qrupunun-hemsedrleri-krakov-gorusu-barede-beyanat-yayibnjmn

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR