Abşeronda DƏHŞƏTLİ QƏZA: Maşın piyadanı 50 metr kənara atdı

Abşeronda DƏHŞƏTLİ QƏZA: Maşın piyadanı 50 metr kənara atdı
00:38 19 Yanvar 2018
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeronda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, əslən Füzuli rayonundan olan 1980-ci il təvəllüdlü Ocaqverdiyev Mahir Bayram oğlu Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yolu keçmək istəyərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.

Sürət həddi o qədər yüksək olub ki, avtomobil Mahir Ocaqverdiyevi vuraraq təxminən 50 metr kənara atıb. Daha sonra naməlum avtomobil hadisə yerindən uzaqlaşıb.

Yaralı dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/228207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR