Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
09:27 19 Yanvar 2018
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oten-gun-cinayet-toretmekde-subheli-bilinen-21-nefer-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR