Rusiyada yeniyetmə balta ilə məktəblilərə hücum edib

Rusiyada yeniyetmə balta ilə məktəblilərə hücum edib
09:47 19 Yanvar 2018
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Buryatiya Respublikasında Sosnovıy Bor kəndində məktəbə hücum edilib, bir neçə şagird yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, 9-cu sinif şagirdi olan yeniyetmə balta və bıçaqla silahlanaraq bu gün səhər dərs gedən zaman 7-ci sinif otağına daxil olub. O, parça yandıraraq onu müəllimə tərəf atıb və ardından bıçaqla hədə-qorxu gəlməyə başlayıb. Məktəbli müəllimi, üç şagirdi yaralayıb, eləcə də özünə bıçaq xəsarəti yetirib.
Yaralılar xəstəxanaya çatdırılıblar. Hücum edən şəxs xəstəxanada nəzarət altındadır, məsələ ilə bağlı cinayət işi açılıb.
Buryatiya Prokurorluğu hücumla bağlı araşdırma aparır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyada-yeniyetme-balta-ile-mekteblilere-hucum-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR