Şamaxı sakini fermada həmyerlisini güllələdi

Şamaxıda qətl hadisəsi baş verib.

Hadisə rayonun Acıdərə qəsəbəsi ərazisindəki fermada baş verib. Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyadov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində N.Bünyadov odlu silahla Z.Hacıyevi güllələyib.

Hadisə nəticəsində Z.Hacıyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.//Trend

Xarici valyutaların manata qarşı - Məzənnələri - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR