"Azərişıq"a 140 min müraciət olub

2017-ci ildə “ASAN” kommunal vasitəsi ilə "Azərişıq" ASC-yə 140 min müraciət daxil olub.

Bu barədə Metbuat.az-a ASC-dən məlumat verilib.

“Azərişıq” ASC-nin “ASAN” xidmət vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər getdikcə daha da intensivləşir. 2017-ci ildə “ASAN” kommunalla “Azərişıq” ASC-yə ötən illərlə müqayisədə rekord həddə müraciətlər edilib.

Ötən il “ASAN” Kommunal vasitəsi Azərişıq “ASC”nin göstərdiyi 10 xidmət üzrə - elektrik enerjisi ilə əhali və qeyri-əhali abonentlərə texniki şərtin verilməsi, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğaçın yoxladılması, smart karta ödəniş edilməsi ilə bağlı 140 min müraciət edilib. Həmin 140 min müraciətin çüzi hissəsi - sənədlərdə uyğunsuzluq və bu kimi səbəblər istisna olmaqla hamısı icra olunub.

Göstərilən 10 xidmət arasında heç şübhəsiz əhali və qeyri-əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulmasıdır ki, bu sahə üzrə 33 min müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla, 33 min müraciətdən hamısı icra edilib və 30 min əhali və qeyri-əhali abonent elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulub.

“Azərişıq” ASC “ASAN” xidmətlə birgə əməkdaşlığı 2018-ci ildə davam etdirilməklə yanaşı daha da dərinləşdiriləcək və bu səhədə yeniliklər həyata keçiriləcək.

Xarici valyutaların manata qarşı - Məzənnələri - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR