PYD/PKK-lı terrorçular Azəzdəki xəstəxanalara hücum edib

Suriyanın Afrin bölgəsindəki terror təşkilatı PYD/PKK, Türkiyə sərhədində yer alan Azəz ərazisində 2 xəstəxananı topa tutub.

Metbuat.az-ın məlumatına görə, PYD/PKK yerli saatla -01:00 radələrində, Suriyanın Hələb şəhərinin Türkiyə sərhədində yerləşən Azəz vilayətinin psixiatriya xəstəxanası ilə qadın doğum xəstəxanasına top atıb.

İlkin məlumatlara görə, 4-ü ağır olmaqla 12 psixi xəstə yaralanıb.

Yaralılar dərhal xəstəxanalara yerləşdirilib.

Terror təşilatı həmçinin, qadın doğum xəstəxanasına da hücum edib. Atılan mərmilər xəstəxananın yaxınlarına düşüb. Hücum zamanı ölən və yaralanan olmayıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR