Makron 58 illik layihəni ləğv etdi, ara qarışdı

Makron 58 illik layihəni ləğv etdi, ara qarışdı
10:33 19 Yanvar 2018
74 Dünya
Ölkə mətbuatı
A- A+

“Paris İqlim Müqaviləsi”nin məsuliyyətini öz üzərinə götürən Fransa prezidenti Emmanuel Makron bu çərçivədə 58 illik bir layihəni ləğv edib.

Publika.az xəbər verir ki, prezident gərəksiz, bahalı və ətraf mühitə ziyan vuracağı üçün etiraz edilən “Notre-Dame-Des-Landes” adlı hava limanı layihəsinin üstündən xətt çəkib.

E.Makron layihəyə etiraz edən anti-kapitalist hərəkatının layihənin gerçəkləşdirilməsini əngəlləmək üçün həmin bölgəyə qurulan düşərgəsinin boşaldılması ultimatiumunu verib.

Baş nazir Eduard Filip bölgənin boşaldılması üçün 500 nəfərdən ibarət polis və jandarm qüvvələri göndərib. Etirazçılar isə ərazini tərk etməyəcəklərini bildiriblər.

Bu qərardan sonra Fransa hökuməti 580 milyon avro dəyəri olan layihənin ləğv edilməsi üçün hava limanının inşasını öz üzərinə götürən “Vinci” şirkətinə 380 milyon avro ödəməlidir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR