9-cu sinif şagirdi məktəbə balta ilə hücum etdi: yaralananlar var

9-cu sinif şagirdi məktəbə balta ilə hücum etdi: yaralananlar var
10:49 19 Yanvar 2018
32 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Buryatiya Respublikasının Ulan Ude şəhərində 9-cu sinif şagirdi məktəbə balta ilə hücum edib.
 
 
 
APA-nın xəbərinə görə, bu gün səhər şəhərin 5 saylı orta məktəbində yeniyetmə 7-ci sinif şagirdlərinə hücum edib və kabinetlərdən birini yandırıb.  
 
 
 
Buryatiya Respublika Prokurorluğunun məlumatında bildirilir ki, insident nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan 3 nəfərin, o cümlədən müəllimin vəziyyəti ağırdır.
 
 
 
Hücum edən şəxs özünə də xəsarət yetirib. O da xəstəxanaya yerləşdirilib.
 
 
 
Bəzi məlumatlara görə, məktəbə hücum edənlər üç nəfər olub. Onlardan ikisi hadisə yerindən qaçıb gizlənib.
 
 
 
Faktla bağlı iki və daha artıq şəxsə qəsd maddəsi ilə cinayət işi başlanıb.
 
 
 
Hadisənin səbəbi araşdırılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR