Rekord qıran görüntü (VİDEO)

Rekord qıran görüntü (VİDEO)
13:46 10 Yanvar 2015
227 Şou
Ölkə mətbuatı
A- A+

Rəqs insanı rahatlaşdıran, yüngülləşdirən və onu stresdən çıхaran ən yaхşı vasitələrdən biridir. İnsan sözün əsl mənasında, rəqs etdiyi zaman başqa bir dünyaya düşür və unudulmaz anlar yaşayır. Toy və başqa məclislərdə oynamaq, şadlanmaq gözəldir. Amma elektrik naqilləri üzərində rəqs etmək yəqin ki, insanlarda təəccüb doğurmaya bilməz və bunu qeyri-adi qarşılamaq mümkünsüzdür.

Təbii ki, yaşadığımız müasir dünyada bəzən elə hadisələrin şahidi olursan ki, sanki öz gözlərinə belə inana bilmirsən. Belə hadisələrdən biri Türkiyədə baş verib. Elektrik dirəyinə çıxaraq naqillər arasında rəqs edən, akrobatik hərəkətlərlə hər kəsin diqqətini cəlb edən, şok görüntülər yaşadan şəxsə, bu, baha başa gəlib. Qeyri-adi bacarığa sahib olan bu insanın aqibətinin necə olduğu barədə videogörüntüyə baxmaq kifayətdir.

ANS PRESS sosial şəbəkələrdə maraq doğuran həmin videonu oxuculara təqdim edir. Həqiqətən buna baxan hər kəsi "unudulmaz anlar" gözləyir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=318847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR