Aydın Əliyev: "Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub".

Aydın Əliyev: "Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub".
11:04 19 Yanvar 2018
42 Digər
Ölkə mətbuatı
A- A+

"Gömrük orqanları 2017-ci ili uğurlarla başa vurub".
 
 
 
“APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.
 
 
 
"Ötən il Azərbaycanda iqtisadiyyatı üçün olduqca uğurlu olub", - deyə A.Əliyev vurğulayıb.
 
 
 
O bildirib ki, ötən il idxal 291 mln. manat artıb: “Bu, prezidentin tapşırığına uyğun olaraq həyata keçirilib. Müsbət haldır ki, ötən il müsbət saldo 5 milyard manatdan artıq olub. 2017-ci ildə 2 milyard 250 milyon manatlıq dövlət büdcə proqnozu artıqlaması ilə yerinə yetirilib və 2,8 milyard manat Dövlət Gömrük Komitəsi tərəfindən toplanaraq büdcəyə keçirilib”.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292714

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR