Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək

Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:07 19 Yanvar 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Türkiyənin Bakıdakı səfirliyi, Naxçıvan və Gəncə şəhərlərindəki baş konsulluqlarının binası üzərindəki bayraqlar endiriləcək. 
Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib. 
Bildirilib ki, Bakıdakı Türk Şəhdiliyindək Türkiyə bayraqları da yarıya qədər endirləcək.
“Azərbaycanın müstəqilliyi və istiqlalı uğrunda mübarizənin dönüş nöqtələrindən biri olan 1990-cı ilin 20 yanvarı heç zaman unudulmayacaq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il əvvəl canlarının fəad etmiş şəhidləri rəhmətlə yad edir, bu acı gündə Azərbaycanın kədərinə şərik oluruq”, deyə səfirliyin açıqlamasında vurğulanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turkiyenin-azerbaycandaki-diplomatik-numayendeliklerinde-bayraqlar-endirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR