Aydın Əliyev DGK-nin Vergilər Nazirliyi ilə mümkün birləşdirilməsi məsələsinə münasibət bildirib

Aydın Əliyev DGK-nin Vergilər Nazirliyi ilə mümkün birləşdirilməsi məsələsinə münasibət bildirib
11:17 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev rəhbərlik etdiyi qurumun Vergilər Nazirliyi ilə birləşdiriləcəyi ilə bağlı son vaxtlar yayılan şaiyələrə münasibət bildirib. 
"Report"un məlumatına görə, Komitə sədri qeyd edib ki, bu məsələ hökumətdə təhlil edilməli və ondan sonra qərar verilməlidir. 
"Bir çox ölkələrdə gömrük orqanları müstəqil, bəzi ölkələrdə isə hansısa qurumun tərkibindədir. Gömrükçülər bu ölkənin əsgərləridir - nə qərar verilsə, onu icra edəcəyik", - deyə DGK sədri bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/aydin-eliyev-dgk-nin-vergiler-nazirliyi-ile-mumkun-birlesdirilmesi-meselesine-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR