Ögey qızı məşhur rejossoru təcavüzdə ittiham etdi - FOTO

Ögey qızı məşhur rejossoru təcavüzdə ittiham etdi - FOTO
11:48 19 Yanvar 2018
213 Şou
Ölkə mətbuatı
A- A+

Vudi Alleni təcavüzlə günahlandıran ögey qızı canlı yayıma çıxıb hadisənin necə baş verdiyini danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı rejissor Vudi Allenin qızı Dilan Farrou “CBS” telekanalına müsahibə verib. Dilan Farrou uşaq ikən ona təcavüz edən atasının cəzalandırılmasını istədiyini deyib.

O, hadisənin 7 yaşında, 1992-ci ilin avqustunda anasının evində baş verdiyini bildirib. Qızın sözlərinə görə, Vudu Allen onu çardağa aparıb və orada təcavüz edib: “Mənə üzü üstə uzanmağı və qatarla oynamağımı söylədi. Mən qatarla oynayarkən, cinsi təcavüzə uğradım”.

Farrou hadisədən sonra anasının onu həkimə apardığını, həkimdə utandığı üçün yalan uydurduğunu deyib: “Hər addımımda anam məni doğrunu demək üçün cəsarətləndirdi, heç vaxt istiqamətləndirmədi. Artıq üzümü göstərmək və hekayəmi anlatmaq istəyirəm. Daha yüksək səslə danışmaq istəyirəm” deyib.

Vudi Allen isə iddiaları təkzib edərək "Qızıma heç vaxt cinsi təcavüzdə etməçmişəm" , - deyə bildirib. O, verdiyi açıqlamada ittihamların 25 il əvvəl araşdırıldığını və günahsız olduğunun sübuta yetirildiyini söyləyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/228247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR