Bu addımla büdcəni zənginləşdirdik - Aydın Əliyev

Bu addımla büdcəni zənginləşdirdik - Aydın Əliyev
12:03 19 Yanvar 2018
57 Digər
Ölkə mətbuatı
A- A+

“Qarşımızda duran əsas problemlərdən biri də işlənməmiş dərinin ixracı idi. Qara bazarın mövcud olması ilə bu dəyərli məhsul çox aşağı qiymətə xaricə aparılırdı”.

Publika.az bildirir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Komitə sədri bildirib ki, illərin bahalı qoz ağaclarını müəyyən iş adamları 300 manatdan alıb xaricə idxal edirdilər:

“Bu, çox təhlükəli hal idi. Bundan başqa, əlvan metalların qırıntılarını sexlərdən yığıb xaricə aparırdılar. Bunlar sayəsində oduncaqların sayı kifayət qədər azaldı. Əvvəl məhsullar xammal şəklində aparırdılarsa, bu gün müəyyən qədər emal edərək aparırlar. Əvvəl orta hesabla hər maşına görə 8-14 min manat rüsum müəyyən edilirdisə, bu gün rusümları artırmaqla xəz dərinin idxalının azalması və büdcənin zənginləşməsini müşahidə edirik”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/228252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR