Mahaçqala şəhər merinin evində axtarış aparılır

Mahaçqala şəhər merinin evində axtarış aparılır
12:07 19 Yanvar 2018
72 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin meri Musa Musayev barəsində daha əvvəl torpaq sahəsi üzrə açılmış cinayət işi üzrə istintaq tədbirləri keçirilir.
"Report" xəbər verir ki, bu barədə Dağıstanın güc strukturlarındakı mənbəyinə istinadən TASS məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, axtarışlar məmurun evində və iş yerində aparılır.
"Müstəntiqlər və Federal Təhlükəsizlik Xidməti əməkdaşları torpaq sahələrinin verilməsi ilə bağlı sənədləri nəzərdən keçirirlər", - mənbə əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/mahacqala-seher-merinin-evinde-axtaris-aparilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR