ABŞ-da 10 illik istiqrazların gəlirliyi 37 aylıq maksimuma çatıb

ABŞ-da 10 illik istiqrazların gəlirliyi 37 aylıq maksimuma çatıb
12:22 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ-da 10 illik dövlət istiqrazlarının faiz dərəcəsi 2014-cü ilin dekabr ayından bugünədək maksimal səviyyəyə yüksəlib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün 10 illik dövlət istiqrazlarının faiz dərəcəsi 2,642%-ə çatıb və 37 ay bundan əvvəlki səviyyə - 2,641%-i üstələyib.
Analitiklər faiz dərəcəsinin artmasını vergi islahatlarının həyata keçirilməsi nəticəsində ABŞ iqtisadiyyatında müşahidə olunan canlanma ilə izah edirlər. Qeyd edək ki, dünən açıqlanan göstəricilərə əsasən, ABŞ-da işsizlik müavinəti üçün həftəlik müraciətlərin sayı son 45 ilin minimal həddi - 220 minə düşüb.
Ekspertlər 2018-ci ildə ABŞ-da 10 illik istiqrazlar üzrə gəlirliyin 3%-ə çata biləcəyini istisna etmirlər. Qeyd edək ki, bu səviyyə sonuncu dəfə 2013-cü ildə qeydə alınıb.
"Report"un analitik qrupu faizlərin artmasının bir müddət sonra dünya iqtisadiyyatının yavaşlamasına və maliyyə böhranına səbəb olacağını ehtimal edir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-da-10-illik-istiqrazlarin-gelirliyi-37-ayliq-maksimuma-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR