Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda türk bayraqları
yarıya qədər endiriləcək.
Bu barədə Publika.az-a Türkiyənin Azərbaycandakı
səfirliyinin media müşavirliyindən məlumat verilib.
Səfirliyin məlumatında qeyd olunur ki, Azərbaycanın azadlığı və
istiqlaliyyatı uğrunda mübarizənin dönüş nöqtəsi olan 1990-cı il 20
Yanvar qətliamı heç vaxt unudulmayacaq.
“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. 28 il öncə
canlarını fəda edən şəhidlərimizi rəhmətlə yad edirik, bu kədərli
gündə qardaş Azərbaycanın kədərini bölüşürük. 20 Yanvar Milli Matəm
günü münasibətilə yanvarın 19-dan 20-nə keçən gecə Türkiyə
səfirliyinin binasında, Naxçıvan və Gəncədə baş konsulluq
binalarında və Türkiyə Şəhidliyində bayraqlar yarıya qədər
endiriləcək”, - deyə açıqlamada bildirilir.
Asif