Türkiyə 2024-cü il Avropa Futbol Çempionatına ev sahibliyi üçün “Birlikdə paylaşaq” DEDİ

Türkiyə 2024-cü il Avropa Futbol Çempionatına ev sahibliyi üçün “Birlikdə paylaşaq” DEDİ
13:08 19 Yanvar 2018
52 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin ev sahibliyinə namizəd olduğu 2024-cü il Avropa Futbol Çempionatı üçün hazırlanan sloqan və loqonun təqdimetmə mərasimi keçirilib.

Publika.az xəbər verir ki, toplantıda Türkiyə Futbol Federasiyasının prezidenti İldırım Dəmirörən sloqanın “birlikdə paylaşaq” olduğunu açıqlayıb.

Prezident hədəflərinin futbol tarixində unudulmaz bir an yaşatmaq olduğunu deyib:

“Bundan sonra ehtiyacımız olan tək şey ruhumuzdur. Birlikdə hərəkət edən zaman öhdəsindən gəlməyəcəyimiz heç bir şey yoxdur. Loqoda həyəcanımızı artıran ürək, hamını arxasınca aparan top, 2024-cü ili təmsil edən 24 rəqəmi və ay-ulduzumuz var. Gəlin, bu futbol bayramını birlikdə paylaşaq”.

Türkiyənin 2024-cü il Avropa Futbol Çempionatı üçün hazırlanan sloqan və loqosununtəqdimatı qardaş ölkənin futbol üzrə fiziki qüsurlu milli komandasının üzvü Barış Telli tərəfindən həyata keçirilib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR