"Big-Mac" indeksinə görə dünyanın ən ucuz 14 valyutası açıqlanıb

"Big-Mac" indeksinə görə dünyanın ən ucuz 14 valyutası açıqlanıb
13:42 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ "Big-Mac" indeksinə görə dünyanın 14 ucuz valyutasının siyahısı açıqlanıb. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, "Big-Mac" indeksi alıcılıq qabiliyyəti paritetinin qeyri-rəsmi hesablanma üsulu kimi qəbul olunub. Bu indeksə görə, müxtəlif ölkələrdə əmtəə səbətinin qiyməti valyuta məzənnəsi sayəsində bərabərləşdirilməlidir. Sadəcə, əmtəə səbəti əvəzinə burada "McDonald's" şirkəti tərəfindən hazırlanan standart burger götürülür. İndeksin hazırlanmasına səbəb müxtəlif ölkələrin valyutalarının real məzənnəsini təsbit etməkdir.
Qeyd edək ki, ABŞ-da "Big-Mac"ın qiyməti 5,28 dollar təşkil edir. 2018-ci ilin yanvar ayı etibarilə Rusiyada eyniadlı məhsul 2,29 dollar olub, rublun 57% ucuz olduğunu göstərir. Cənubi Afrika Respublikasında 2,45 dollar (-53,5%), Türkiyədə 2,83 dollar (-46%), Polşada 2,97 dollar (-44%), Çində 3,17 dollar (-40%), Yaponiyada 3,43 dollar (-35%), Çexiyada 3,81 dollar (-28%), Britaniyada 4,41 dollar (-16,5%), Yeni Zelandiyada 4,51 dollar (-14,5%), Avstraliyada 4,71 dollar ( -11%), avrozonada 4,84 dollar (-8%), Danimarkada 4,93 dollar (-6,6%), Braziliyada 5,11 dollar (-3,2%) və Kanadada 5,26 dollar (-0,4%) təşkil edir.
Müqayisə üçün bildirək ki, Azərtbaycanda "Big-Mac"ın qiyməti 3,90 manat və ya 2,29 dollar təşkil edir ki, bu da ABŞ-dakı qiymətdən 56,6% aşağıdır. Yəni, manat "Big-Mac" indeksinə görə 56,6% ucuzdur. Bu da onu göstərir ki, Azərbaycanda dolların məzənnəsi 0,74 manat olmalıdır.
 
.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/big-mac-indeksine-gore-dunyanin-en-ucuz-14-valyutasi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR