Repçi kəsilmiş insan başı ilə POZA VERDİ, SONRA... - FACİƏVİ SON - FOTO

Repçi kəsilmiş insan başı ilə POZA VERDİ, SONRA... - FACİƏVİ SON - FOTO
13:48 19 Yanvar 2018
111 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının üzvü, almaniyalı repçi, səhnə adı Deso Dogg olan Denis Kuspert Suriyanın Deyr əz-Zor bölgəsinə təşkil edilən hava hücumunda həlak olub.

Publika.az xəbər verir ki, bu barəd Amerikanın SİTE adlı kəşfiyyat qrupu məlumat yayıb.

Təşkilatın bir çox təxribat videosunda boy göstərən və hətta həmin videolardan birində əlində kəsilmiş başla poza verən Kuspertin cansız bədəninin görüntüləri İŞİD-in təxribat qruplarında da paylaşılıb.

İŞİD lideri Əbubəkr Bağdadiyə ömür boyu sadiq qalacağına and içən repçinin vəzifəsi təşkilata Almaniyadan üzv yığmaq idi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Kuspertin 2015-ci ildə öldüyünü elan etsə də, sonradan repçinin hücumdan sağ çıxdığı açıqlanmışdı.

Qeyd edək ki, Kuspert onun haqqında bilgi toplamaq üçün göndərilən FTB agenti Daniela Qrin ilə evlənmişdi. Qrin repçi haqqında bilgi toplayarkən ona aşiq olmuş və 2014-cü ildə onunla evlənmək üçün gizli şəkildə Suriyaya qaçmışdı.

Qrin 2 aydan sonra ABŞ-a geri qayıtmış və 2 il müddətinə həbs edilmişdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/228269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR