Ərəb klubu tanınmış baş məşqçini istefaya göndərib

Ərəb klubu tanınmış baş məşqçini istefaya göndərib
14:07 19 Yanvar 2018
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Futbol üzrə İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli işsiz qalıb.
“Report” xəbər verir ki, 60 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Nəsr” komandasının sükanı arxasından istefaya göndərilib.
Qərarın səbəbi açıqlanmır. Onun ötən ilin mayından rəhbərlik etdiyi kollektiv ölkə çempionatında 12 turdan sonra 17 xalla 4-cü pillədə qərarlaşıb və liderdən 11 xal geri qalır.
Qeyd edək ki, 2010 – 2014-cü illərdə İtaliya millisinin baş məşqçisi olmuş Çezare Prandelli karyerası ərzində İtaliyanın “Roma”, “Fiorentina”, Türkiyənin “Qalatasaray” və İspaniyanın “Valensiya” kimi komandalarına rəhbərlik edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/ereb-klubu-taninmis-bas-mesqcini-istefaya-gonderib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR