Çox şey İran-Azərbaycan qarşılaşmasından asılıdır - Xose Alesio

Çox şey İran-Azərbaycan qarşılaşmasından asılıdır - Xose Alesio
15:03 19 Yanvar 2018
60 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçi Xose Alesio Da Silvanın və təcrübəli oyunçu Vitali Borisovun iştirakı ilə Bakı İdman Sarayında brifinq keçirilib.

Publika.az xəbər verir ki, millinin baş məşqçisi çıxışına 20 yanvar şəhidlərini anaraq başlayıb:

“Sabah 20 yanvar – Ümumxalq hüzn günüdür. Şəhidlərə Allahdan rəhmət diləyirəm.

Hazırlığa gəldikdə, komanda yanvarın 10-dan məşqlərə başlayıb. Artıq karyerasını ölkə xaricində davam etdirən oyunçularımız da komandaya qoşulub. Yanvarın 23-də və 24-də İran millisi ilə Bakıda iki yoldaşlıq oyunu keçirəcəyik. Final mərhələsinə yollanacaq heyət bu qarşılaşmalardan sonra dəqiqləşəcək. Əsas məqsədimiz mərhələ adlamaqdır. Buna görə də Fransa ilə keçirəcəyimiz oyunun nəticəsindən çox şey asılıdır. Hətta bu qarşılaşmasını final oyunu kimi də xarakterizə edərdim. Digər rəqibimiz olan İspaniyanın qazandığı nəticələr, gücü hər kəsə məlumdur. Sadəcə ilk oyunda Fransa ilə qarşılaşacağımıza görə bütün diqqətimi bu görüşə yönəltmişəm”.

Vitali Borisov isə Avropa çempionatında zəif rəqibin olmadığını bildirib:

“Maraqlı qrupumuz var. İspaniya və Fransa kimi komandalarla qarşılaşacağıq. Fransa millisi ilk dəfə bu cür yarışda iştirak etmək hüququ qazansa da, play-offda Xorvatiya kimi komandanı mübarizədən kənarlaşdırıb. Qrupumuzdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var. Hər şey oyunlar zamanı məlum olacaq”.

Qeyd edək ki, futzal üzrə milli komandamız yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsində iştirak edəcək.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR