FIFA Dünya Çempionatı-2018 üçün AFFA-ya pulsuz bilet ayırmayıb

FIFA Dünya Çempionatı-2018 üçün AFFA-ya pulsuz bilet ayırmayıb
15:07 19 Yanvar 2018
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ FIFA bu il Rusiyada keçiriləcək dünya çempionatı üçün AFFA-ya pulsuz bilet ayırmayıb.
Bu barədə “Report”a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
O bildirib ki, Azərbaycan vətəndaşları biletləri onlayn şəkildə FIFA-dan əldə edə bilərlər: “Dünya çempionatı üçün bilet satışını FIFA onlayn formada təşkil edir. Yerli federasiyalar bu prosesdə iştirak etmirlər. Azarkeşlər biletləri internet üzərindən ələd edə bilərlər. AFFA olaraq biz də biletləri eyni formada alıb, üzvlərimizə təqdim edəcəyik”.
Qeyd edək ki, DÇ-2018-in oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fifa-dunya-cempionati-2018-ucun-affa-ya-pulsuz-bilet-ayirmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR