Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb

Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb
16:37 19 Yanvar 2018
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Futbol üzrə Türkiyə Kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb. "Report"un məlumatına görə, Azərbaycan millisinin hücumçusu Deniz Yılmazın yeni komandası "Gənclərbirliyi" "Beşiktaş"a rəqib olub.
Bu cütün qalibi yarımfinalda "Giresunspor" - "Fənərbağça" cütünün qalibi ilə üz-üzə gələcək. "Akhisar Bələdiyyəspor" - "Kayserispor" cütünün qalibi isə "Konyaspor" - "Qalatasaray" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları 30 yanvardan 1 fevraladək, cavab görüşləri 6 fevraldan 8 fevraladək olacaq. Yarımfinal qarşılaşmaları isə 27 fevraldan 1 martadək və 17 apreldən 19 aprelədək keçiriləcək. Final matçının mayın 9-da Eskişehirdə təşkili nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiye-kubokunda-1-4-final-ve-yarimfinal-merhelelerinin-pusku-atilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR