Avstriyanın kriptovalyuta şirkəti London birjasında IPO-ya hazırlaşır

Avstriyanın kriptovalyuta şirkəti London birjasında IPO-ya hazırlaşır
16:37 19 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Avstriyanın kriptovalyuta hasilatçısı (mayninq) - "Hydrominer GmbH." şirkəti 2018-ci ildə London fond birjasında IPO həyata keçirməyə hazırlaşıdığını bildirib. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin maliyyə direktoru Devis Qutman verib.
Qutman bildirib ki, bu addımla şirkəti qlobal miqyasda inkişaf etdirmək üçün investisiyalarını maliyyələşdirməyi planlaşdırır: "İnvestorlar, riskli bir bazara sərmayə qoyarkən bunu maksimal dərəcədə inandıqları bir şirkətdə həyata keçirmək istədiklərini istəyirəm". Qeyd edək ki, "Hydrominer" 2017-ci ilin noyabr ayında Avstriyada 2,8 mln. dollarlıq kriptovalyuta ilə bazara daxil olub.
Mərkəzi ofisi Vyanada yerləşən şirkətin Londondakı IPO-dan inkişaf üçün istifadə edə biləcəyindən artıq vəsait cəlb etmək istəmədiyi qeyd olunur. Xatırladaq ki, "Hydrominer" kriptovalyuta hasilatını həyata keçirdiyi stansiyaları Alp dağları yaxınlığındakı konteynerlərdə qurub. Nəticədə, onun elektrik sərfiyyatı 4,5 avrosent təşkil edir və Avropa İttifaqı (Aİ) üzrə orta sərfiyyatdan 85% aşağıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avstriyanin-kriptovalyuta-sirketi-london-birjasinda-ipo-ya-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR