Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib

Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib
16:42 19 Yanvar 2018
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 19 yanvar. REPORT.AZ/ Lənkəranda 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
"Report"un Cənub bürosunun verdiyi xəbərə görə Lənkəran Şəhər İcra Hakimiyyətində Ümumxalq Hüzn Günü münasibətilə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirilib. 
Görüş Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 
Sonra icra başçısı Taleh Qaraşov görüşü açaraq 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların qəhrəmanlığından söhbət açıb: "20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. Ulu öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələri və əlilləri dövlət qayğısı ilə əhatənib, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatı yaxşılaşdırılıb.
Görüşdə çıxış edən şəhid ailə üzvləri və əlillər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərin il mərasimlərinin keçirilməsindən ötrü onların ailələrinə müvafiq yardımlar olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/lenkeranda-20-yanvar-sehidlerinin-aile-uzvleri-ile-gorus-kecirilib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR