Hindistanda ammonyak sızması ilə nəticələnən yol qəzası səbəbi ilə yüzlərlə adam evakuasiya edilib

Hindistanda ammonyak sızması ilə nəticələnən yol qəzası səbəbi ilə yüzlərlə adam evakuasiya edilib
16:57 19 Yanvar 2018
48 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ Hindistanın Qoa ştatında ammonyak sızması ilə nəticələnən yol qəzası səbəbindən yüzlərlə adam evakuasiya edilib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ştatın Çikalim yaşayış məntəqəsində baş verib.
Məlumata görə, zəhərli yük daşıyan maşın hərəkət edərkən aşıb. Nəticədə ətrafda yaşayan iki qadının tənəffüslə bağlı problemi olduğu üçün xəstəxanaya yerləşdirilib. Qəza yerində xilasedicilər və polis işləyir.
Magistralın qəza baş verən hissəsində hərəkət dayandırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/hindistanda-ammonyak-sizmasi-ile-neticelenen-yol-qezasi-sebebi-ile-yuzlerle-adam-evakuasiya-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR