Uşaqlara arı öldürdüyünə görə 10 il həbs?

ABŞ-ın Ayova ştatında yerləşən bal təsərrüfatına 60 min dollar ziyan dəyib.

Metbuat.az-ın xəbərinə görə, hadis' “Wild Hill Honey” təsərrüfatının sahibi olan Justin və Tori Engelhardt cütlüyünün başına iş gəlib. Onlar səhər qalxdıqlarında sahib olduqları arı pətəklərinin qarla örtüldüyünü və yarım milyon arının soyuqdan donaraq öldüyünü görüblər.

Hadisə ilə bağlı beynəlxalq və yerli mediada məlumatlar gedib. Arı pətəklərinin sığorta olunmaması cütlüyün işini daha da çətinləşdirib.

Məlum olub ki, cütlüyə 60 min dollar ziyan dəyib.

Məsələ ilə bağlı araşdırmaya başlayan polis bəzi ipucları ilə iki uşağı saxlayıb. 18 yaşından kiçik olduqları üçün adları açıqlanmayan təqsirkarlar uşaq məhkəməsində cəzalandırılacaqlar.

Məlumata görə, uşaqlar 10 il həbs cəzası ala bilərlər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR