Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti
partiyası ölkəmizə gətirilib. Gəmilər vasitəsilə Rusiyadan Bakı
limanına çatdırılan xeyli sayda müasir hərbi texnika və döyüş
sursatları kompleks qəbuldan sonra ən qısa vaxtda cəbhə xəttində
yerləşən hərbi hissələrin sərəncamına veriləcək.
Qeyd edək ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid
qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika
2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı
uğurla tətbiq edilib. Düşmənin xeyli sayda canlı qüvvəsi, texnikası
və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək
effektivliyini nümayiş etdirdi.