6 gündür yoxa çıxan kişini görüşdüyü evli qadının əri öldürübmüş

Türkiyənin Karaman rayonunda 6 gündür axtarılan Yasin Uzunun (35) görüşdüyü iddia edilən evli qadının əri tərəfindən öldürüldüyü ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, Yasin Uzunu öldürən Hikmet Y. (45) qonşusudur. Şübhəli qonşusunu odun parçası ilə döyə-döyə öldürüb.

Polis Hikmet Y.-nin evinin bağçasında apardığı axtarış zamanı Yasin Uzunun cəsədini çuxurda aşkar edib.

Şübhəli Hikmet Y.-nin sosial şəbəkə hesabında Yasin Uzunun itməsi xəbərləri ilə bağlı paylaşım etdiyi ortaya çıxıb.

Saxlanılan 5 nəfərin dindirilməsi davam edir.//Milli.az

Qurban Qurbanov: "Hamı kimi “Kurtlar Vadisi”nə baxırdım" - MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR