20 yanvar hadisələrinə həsr olunmuş filmlər nümayiş olunacaq - VİDEO

20 yanvar hadisələrinə həsr olunmuş filmlər nümayiş olunacaq - VİDEO
17:48 19 Yanvar 2018
98 Şou
Ölkə mətbuatı
A- A+

"CinemaPlus"da 20 yanvar hadisələrinə həsr olunmuş filmlər nümayiş olunacaq.

Publika.az xəbər verir ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsi 20 yanvar tarixində “Qanlı Yanvar” filmini pulsuz nümayiş edəcək. Filmin rejissoru Vahid Mustafayev, baş rollarda isə Nəbahət Çehrə, Faiq Mirzəyev və Azər Aydəmir oynayırlar.

Film 1990-cı ilin 20 yanvar faciəvi hadisələrindən bəhs edir. İki qardaş-kommunist Nəcəf və inqilabçı Mehdidir və hər birinin öz həqiqəti var. Dramın mərkəzində isə onların anası-Xədicədir.

Bundan əlavə, həmin gün Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynov haqqında “Xüsusi təyinatlı İbad” adlı filmin nümayişi olacaq.

Filmin qurluşçu rejissoru Natiq Novruzovdu. Baş rollarda Elçin Məmmədli və Manaf Dadaşov çəkilib.

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edib. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır - hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxırlar. Bununlada İbad Azərbaycana qayıtmağı bacarır.

Qeyd edək ki, həmin gün “CinemaPlus” kinoteatrlar şəbəkəsi komediya janrlı filmləri repertuardan çıxardacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/228312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR