Yuri Maksimov "Keşlə"nin problemini açıqlayıb

Yuri Maksimov "Keşlə"nin problemini açıqlayıb
17:57 19 Yanvar 2018
54 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 19 yanvar. REPORT.AZ/ “Zirə” çox yaxşı komandadır. Sürətli oyun nümayiş etdirirdilər və əks-hücumlarda müsbət təsir bağışlayırdılar”.
“Report” xəbər verir ki, bunu “Keşlə”nin baş məşqçisi Yuri Maksimov “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri yoxlama matçından sonra deyib. Ukraynalı mütəxəssis bildirib ki, Bakı toplanışı çərçivəsində keçirdikləri 3 matçın hamısında qalib gəlsələr də, nəticə önəm kəsb etmir: “Çempionatda qələbə qazanmaq daha yaxşı olar. Məqsədimiz komandanın fiziki durumun yaxşı olmasıdır. Məşqlərimiz qum üzərində topla çalışmaqla keçir. Komandanı mövsümün qalan hissəsinə hazırlamağa çalışırıq. Məqsəd İsayev yarımmüdafiəçi mövqeyində çıxış edəcək. O, müdafiəçilərə də kömək edə bilər”.
Rauf Əliyevlə bağlı suala cavab verməyən Y.Maksimov “Keşlə”nin problemli mövqeyini də açıqlayıb: “Məni daha çox dayaq yarımmüdafiəçisi mövqeyi narahat edir. Burada yalnız topu rəqibdən almaq yox, hücumu başlamağı bacarmaq da lazımdır”.  

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuri-maksimov-kesle-nin-problemini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR