Bağırsaqlarını əlində tutub qaçmağa başladı

Türkiyənin Qaziantep şəhərində arvadını ağır yaralayan şəxs şikayət üzərinə yaxalanıb.

Metbuat.az-ın xəbərinə görə, Qaziantepin Günəş Məhəlləsində əri və 4 uşağı ilə yaşayan 34 yaşlı Neslihan Kaya, 38 yaşlı həyat yoldaşı İlhan Kaya ilə mübahisə edib. Mübahisəyə səbəb İlhan Kayanın onu qısqanması olub. Gözü dönən ər arvadını digər otağa çağırıb bıçaqla kəsiklər atmağa və vurmağa başlayıb. Bədəninin müxtəlif nahiyələrindən ağır yaralanan qadını 3 saata yaxın döyüb. Daha sonra İ.Kayanın mətbəxə getməsindən istifadə edən çarəsiz qadın əlində bağırsaqları ilə evdən qaçmağı bacarıb.

6 gündür həyatla mübarizə aparan N. Kayanın müalicəsi davam edir. Cani ər isə polis tərəfindən tutularaq məhkəməyə aparılıb.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR