Azərbaycan polisinin 100 illiyi şərəfinə yarış keçirildi - FOTO

Azərbaycan polisinin 100 illiyi şərəfinə yarış keçirildi - FOTO
18:39 19 Yanvar 2018
63 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə həyata keçirilən idman siyasəti, idmana qayğı daxili işlər orqanlarından da yan keçməyib. Lent.az-a Daxili İşlər Nazirliyindən daxil olan məlumatda bildirilir ki, rəhbərliyin diqqəti, gündəlik nəzarəti və tələbkarlığının nəticəsidir ki, indi idmançı əməkdaşların qələbə sorağı Olimpiya yarışlarından, dünya və Avropa çempionatlarından gəlir:

 

"Ölkəmizdə sabitliyin, əmin-amanlığın yaradılmasında böyük fədakarlıqlar göstərmiş, hər zaman xalqın və dövlətin müdafiəsi üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə xalqın etimadını qazanan Azərbaycan Polisinin 100 illik  yubileyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən növbətisi DİN İdman Cəmiyyətində keçirilən mini-futbol yarışı da möhtəşəm yubileyə həsr olunmuşdu".

 

 

Məlumata görə, yubiley şərəfinə gerçəkləşən mini-futbol üzrə DİO-nun nizami hissələri arasında keçirilən yarışda qələbə uğrunda Daxili Qoşunların Baş İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Baş Mühafizə İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsi, Polis Akademiyası, Əlahiddə Çevik Polis Alayı, Baş Dövlət Yol Polisi İdarəsi olmaqla 7 komanda 2 qrupda mübarizə aparıblar. Tədbirin əsas məqsədi həm də DİN-in yığma komandasını müəyyənləşdirmək olub.

 

Bildirilir ki, yanvarın 18-də DİN Nəqliyyatda Baş Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayı komandaları görüşüblər:

 

"Oyun öncəsi NBPİ-nin rəis müavini, polis polkovniki Rövşən Eyyubov çıxış edərək bildirib ki, Azərbaycan Polisi cinayətlərin qarşısının alınması, ictimai qaydanın və təhlükəsizliyin qorunması, insan hüquq və azadlıqlarının təmin edilməsi kimi məsul vəzifələri vicdanla yerinə yetirir, hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir. Qeyd olunub ki, müstəqilliyin ilk illərində ölkədə hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikanı uçuruma sürükləyirdi. Belə bir zamanda- dövlətçilik, müstəqillik təhlükə altında qalanda ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə  qayıtdı, 1993-cü il iyun ayının 15-dən sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi.

Polis polkovniki Rövşən Eyyubov cinayətkarlığa qarşı mübarizənin daha effektli aparılması, açılması, dövlətin maraqlarının etibarlı qorunması, ictimai asayişin təmin edilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, polis-vətəndaş münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdikləri kimi, polisimiz Azərbaycanın möhtəşəm idman uğurlarına öz töhfələrini verildiyini də xüsusi vurğulayıb".

 

 

Bu çıxışdan sonra komandalar arasında yarışlara start verilib. Gərgin keçən yarışda Nəqliyyatda Baş Polis İdarəsinin komandası 5-2 hesabı ilə qələbə qazanıb.

 

DİN-dən bildirilib ki, yarışdan sonra qalib komandanın baş məşqçisi görüşmək imkanından yararlanıb ona bir neçə sual ünvanlayıblar. "Qələbə qazanmaq üçün zəhmət əsas şərtdirmi", sualına cavab belə olub: “Komandanın uğur qazanması heç də asan başa gəlməyib. Demək olar ki, bütün komandaların hazırlıq səviyyəsi yüksək səviyyədədir. Ümumən polis idmançılarımız ustalıqlarının artırılmasının qayğısına qalırlar. Çalışdırdığım komandanın bəxti onda gətirdi ki, Baş idarənin rəis müavini, polis polkovniki Rövşən Eyyubovun bütün təminat işlərini öz üzərinə götürüb. Komandanın geyim formasından başlamış, təlim-məşq toplantılarının keçirilməsinə qədər bütün qayğıları ilə məşğul olur. Elə bunun nəticəsində də komandamız gərgin idman mübarizəsində layiqli qələbə qazana bildi. Rəis müavini R.Eyyubovun xususi əməyinin olduğunu, əməkdaşların təlim-məşqlərinə, bunun üçün müvafiq şəraitin yaradılmasını onunn tərəfindən mütəmadi nəzarət etdiyini diqqətə çatdırdı”.

 

Yanvarın 19-da NBPİ-nin və Daxili Qoşunların Baş İdarəsinin  komandası qarşılaşıb. Maraqla qarşılanan bu görüşdə də NBPİ-nin komandası 3-2 hesabı ilə qələbə qazanaraq, ümumi hesabda 3-ü yeri tutub.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi olub. Mərasimdə çıxış edən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova qalibləri təbrik edib, NBPİ-nin komandasının ilk üçlükdə olmasını müsbət hal kimi qiymətləndirib.

Komandanın qapıçısı “ən yaxşı qapıçı” adına layiq görülmüş, DİN rəhbərliyinin fəxri fərmanıyla təltif edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292765

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR