İllər əvvəl Rihannanın rədd etdiyi kişi məşhurlaşdı və QİSASINI BELƏ ALDI

İllər əvvəl Rihannanın rədd etdiyi kişi məşhurlaşdı və QİSASINI BELƏ ALDI
18:58 19 Yanvar 2018
164 İdman
Ölkə mətbuatı
A- A+

2014-cü ildə tvit ataraq Rihannaya olan simpatiyasını dilə gətirən və ulduz müğənnidən “məşhur ol, sonra gəl” cavabını alan basketbolçu Yoel Embid ilin ulduz basketbolçusu seçilib.

Publika.az xəbər verir ki, jurnalistlər ona illər öncə atdığı tviti xatırladıb.

Basketbolçu isə “hə, düzdür, mən Rihannanı tovlamağa cəhd etmişdim. O isə cavabında “məşhur ol, sonra gəl” demişdi. Bu il basketbolun ulduzu seçildim. Ancaq indi mən onu istəmirəm” ifadələrini işlədib.

Bu açıqlamadan sonra Rihannanın pərəstişkarları onun instaqram hesabındakı fotosunun altına Yoel Embidi tağ edib və minlərlə şərh yazıblar.

Rihanna isə hələ ki, bu mövzuda açıqlama verməyib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/228314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR